"Sumqayıt"ın futbolçusu əməliyyat edildi

16:10 - 10 İyun 2021

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, əməliyyatı uğurlu keçən 26 yaşlı yarımmüdafiəçi 1 həftədən sonra məşqlərə başlaya biləcək.

 

Mütəllimov ötən mövsüm "Sumqayıt"ın heyətində 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. O, həmin matçlarda 3 qol vurub.

Xəbər xətti