"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi

"Sumqayıt" kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

 

Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda komandada debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və “A” millilərində də çıxış edib.

Tarix: 10 İyun [18:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio