“Sumqayıt”da daha bir yeni müqavilə

22:36 - 10 İyun 2021

“Sumqayıt” FK kapitan Vurğun Hüseynovun ardınca daha bir futbolçu ilə müqavilə yeniləyib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayev daha 2 il bu komandanın uğurları üçün çalışacaq.

 

2018-ci ildən “Sumqayıt”ın şərəfini qoruyan Murad Xaçayev ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub. O, 4 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub.

 

23 yaşlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-19, U-21 və əsas milli komandalarında da çıxış edib.

Xəbər xətti