"Qəbələ"dən ayrılan futbolçu "Sumqayıt"da

“Sumqayıt” klubu ilk futbolçu keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, əvvəllər də “kimyaçılar”ın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu “Sumqayıt”da 74 nömrəli formada çıxış edəcək.

 

Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında “Sumqayıt”da çıxış edib. Ümumilikdə 39 oyunda 4 qol vuran Nəbiyev “Qəbələ” (31 oyun, 2 qol) və “Zirə”nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

Tarix: 14 İyun [14:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio