"Sumqayıt"da daha bir müqavilə

13:07 - 16 İyun 2021

"Sumqayıt" klubu daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha 2 mövsüm komandanın formasını geyinəcək.

 

Höccət Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışında Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.

Xəbər xətti