“Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Tellur Mütəllimov növbəti mövsümdə də “Sumqayıt”da çıxış edəcək. 26 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Ötən mövsümdən “Sumqayıt”ın şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub.
saytlarin hazirlanmasi