Yeni mövsümdən “Sumqayıt”ın heyətində legioner futbolçular görə bilərik. Düzdü, indi də komandada iranlı, rusiyalı oyunçular var, ancaq onlar müəyyən formada Azərbaycana bağlılığı olan futbolçulardı, milliləşdiriliblər/milliləşdirilirlər. Bu yay isə komandaya ölkə ilə hər hansı bağlılıq tapılmasına ehtiyac duyulmadan futbolçular gətirilə bilər.
Hər halda, kuluarlarda dolaşan söhbətlər bunu deməyə imkan verir. Məlumata görə, klubda strategiya dəyişikliyinə iki әsas səbəb var. Bunlardan biri artıq müxtəlif ölkələrdən Azərbaycanla bağlılığı olan futbolçuların gətirilməsinin çətinliyidi. Onların bir çoxu üzə çıxarılıb, cəlb olunub, qalanları isə gəlməkdə maraqlı deyil. Digər səbəb isə ardıcıl ikinci il avrokuboklara vəsiqə qazanan kollektivin bu dəfə daha uğurlu olmaq istəməsidi. Klubda bunun yalnız yerli futbolçularla alınmayacağını başa düşürlər. Komandanın çalışdırıcısı da rəhbərliklə söhbətində bunu diqqətə çatdırıb. Yekunda, bu transfer pəncərəsi zamanı mümkün olarsa, əcnəbi futbolçuların komandaya cəlb edilməsinə qərar verilib. İndi hər şey münasib qiymətə keyfiyyətli əcnəbi futbolçuların tapılmasından asılıdı.
Konfrans Liqasında yarışacaq “Sumqayıt” II təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə üz-üzə gələcək (futbolpress.az).
saytlarin hazirlanmasi