"Sumqayıt" "Qarabağ"la qarşılaşacaq

15:52 - 22 İyun 2021

2021/2022 mövsümündə Konfrans Liqasında iştirak edəcək "Qarabağ" və "Sumqayıt"ın öz aralarındakı yoxlama oyununun başlama saatı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, iyunun 30-u "Azərsun Arena"da keçiriləcək matça saat 18:30-da start veriləcək.

 

"Qarabağ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la (İsrail), "Sumqayıt" isə "Çukariçki" (Serbiya) ilə qarşılaşacaq.

Xəbər xətti