Serbiyanın "Çukariçki" klubunun müdafiəçisi Miladin Stevanoviç Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 25 yaşlı serb futbolçu bunları söyləyib:
"Azərbaycanda möhtəşəm futbol oynanıldığına dair dilemmam yoxdu. Bir dəfə "Neftçi"yə qarşı "Partizan" forması ilə çıxış etmişəm. Həmin görüşləri yaxşı xatırlayıram. Azərbaycan təmsilçiləri maraqlı komandalardı. Sürətli oyunçulara qarşı matç asan olmayacaq. Püşkatmada daha yaxşı və ya pis nəticə əldə edə bilərdik. Diqqətli olmalıyıq. İstedadımıza inanaraq qələbə qazanmaq öz əlimizdədi. Cavab matçından əvvəl vəziyyəti özümüz üçün asanlaşdıra bilərik".
Stevanoviç səfər qolu qaydasının ləğv edilməsini ədalətli qərar adlandırıb: "Evdə və ya səfərdə oynanılmasının fərqi yoxdu. Nə qədər qol buraxsan, o qədər də vurmalısınız. Heç-heçə olsa, əlavə vaxtda da qalib bilinməsə, penaltilərə getməlisən".
"Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda baş tutacaq.
saytlarin hazirlanmasi