"Sumqayıt"ın Türkiyədə ilk rəqibi

15:23 - 4 İyul 2021

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” sabah ilk yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri yerli “Keçiörengücü” kollektivi ilə qarşılaşacaq. Qızılcahamam Mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 17:30-da (yerli vaxtla 16:30) start veriləcək.

 

“Keçiörengücü”də bu yay “Keşlə”dən transfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərli də forma geyinir.

Xəbər xətti