Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” növbəti yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Serbiya təmsilçisi Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşıb və qalib gəlib - 2:1.
“Çukariçki” “Sumqayıt”la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.
saytlarin hazirlanmasi