Ayxan Abbasov: "Bütün futbolçuların hazırlıq səviyyələrini görmək istəyirdim"

20:51 - 5 İyul 2021

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində  “Keçiörengücü”yə 1:2 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, matçla bağlı bunları söyləyib:

 

“İyulun 2-də başladığımız Türkiyə toplanışında bu gün ilk yoxlama oyunumuzu keçirdik. Ümumilikdə götürsək, iki fərqli hissə izlədik. 90 dəqiqədə bütün futbolçularımın hazırlıq səviyyələrini görmək istəyirdim. Uşaqların yorğun olmaqlarına baxmayaraq, meydançanın hər qarışı uğrunda yaxşı mübarizə getdi. Səhvlərimiz var, çalışacağıq ki, növbəti oyunlarda həmin səhvləri aradan qaldıraq və toplanışın sonunda tam hazır vəziyyətdə Sumqayıta qayıdaq”.

Xəbər xətti