"Sumqayıt" Super Liqa klubu ilə qarşılaşacaq

14:43 - 13 İyul 2021

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" qonşu ölkədə növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri "Gaziantep" kollektivi ilə qarşılaşacaq. "Boluspor" klubunun təsislərində keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 17:00) start götürəcək.

 

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Sivasspor"la (0:2) və "Keçiörengücü" (1:2) ilə yoxlama oyunu keçirib.

Xəbər xətti