"Sumqayıt" Super Liqa klubuna qarşı

14:50 - 14 İyul 2021

Avropa Konfrans Liqası hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" Türkiyə Super Liqası təmsilçisi "Qaziantep"lə qarşılaşacaq. "Boluspor" klubunun bazasında keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Sivasspor"la (0:2) və "Keçiörengücü" (1:2) ilə yoxlama oyunu keçirib.

Xəbər xətti