"Sumqayıt" Rumıniya klubuna məğlub oldu

20:20 - 15 İyul 2021

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rumıniya “Petrolul”u ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

 

Beləliklə, “Sumqayıt” 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vuraraq sabah vətənə qayıdacaq.
 
“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası “Keçiörengücü” ilə “Qaziantep”ə 1:2, “Sivasspor”a isə 0:2 hesabıyla uduzmuşdu.

Xəbər xətti