"Çətin oyun gözləyirdik. Hələ rəqibi analiz edəndə keyfiyyətli komandaya qarşı oynayacağımızı bilirdik".
Sportal.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiyada "Çukariçki" ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis gənc kollektiv olduqlarını bildirib: "Bu səbəbdən öz oyunumuzu tapmaq bir az vaxt aldı. Səfərdə heç-heçəyə nail olduq. İnanıram ki, azrkeşlərimiz önündə yaxşı nəticə əldə edəcəyik. Rəqib meydanında müdafiədən oynamağa məcbur idik. Evdəki oyuna tamam fərqli yanaşma olacaq".
Komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.
saytlarin hazirlanmasi