Ayxan Abbasov: "Biz də 12 əcnəbi alsaq, mərhələ keçə bilərik"

22:46 - 14 Avqust 2021

Azərbaycan Premyer Liqasının 1-ci turunda "Sumqayıt" səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib. Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

39 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

 

- Futbol üçün darıxmışdıq. Azarkeşlərin stadionlara gəlməsinə icazə verildiyinə görə təşəkkür edirəm. Azarkeşlərimizi təbrik edirəm. Mövsümə qələbə ilə başlmaq üstünlükdü. Gözlədiyimizdən də sürətli oyun oldu. İlk turlar ağır keçəcək. Futbolçularımda inam görmək istəyirəm. Yolumuza davam edəcəyik.

 

- Aydın Bayramovun durumu necədi?
- Ümid edirik ki, böyük problem olmayacaq. Rəqiblə toqquşub, dizindən zədələnib. Onu itirmək bizim üçün böyük problem olar.

 

- İlk oyundan sonra hansı çatışmazlıqlar göründü? Komandanın transferə ehtiyacı var?
- Bizdə hər mətbuat konfransında transferlə bağlı sual vermək dəb halını alıb. Ala bilsək, alacağıq, ala bilməsək, bu oyunçularla yolumuza davam edəcəyik. İstərdim, desinlər ki, Ayxan müəllim, təbrik edirəm, Konfrans Liqasında 3 gənc oyunçu oynatdınız. Bizdə isə məşqçilərə deyirlər ki, niyə transfer etmirsiz? Bizim bəzi problemlərimiz var ki, heç kəs bilmir. Heyətimizi qorumaq üçün çox zəhmət çəkmişik. Bəzi futbol "professorlar"ı deyir ki, "Çukariki"ni keçməli idiniz. Biz də 12 əcnəbi alsaq, mərhələ keçə bilərik. Öz futbolçularıma inanıram. Uduzsaq da, gənc futbolçuları yetişdirəcəyik.

 

- Son 5 oyunda “Keşlə”yə 3 dəfə qalib gəlmisiz. Amma kubokun finalında məğlub olduz. Bu, həmin oyunun məsuliyyəti ilə bağlı idi?
- Bəzi oyunlar var ki, orda futbolçu olmalıdı ki, yükü çiyninə götürə bilsin. Finalda "Keşlə" bizdən daha istiəkli oldu. Amma rəqibə heç bir məqamda uduzmadıq.

 

- Adətən Murad Xaçayevi start heyətdə görməyi adət etmişik. Amma bu gü Elvin Məmmədov start heyətdə idi. Bunun səbəbi nədi?
- Mən xoşlayıram ki, klubda rəqabət olsun. Elvinin məşqlərdəki performansı məni qane edirdi, ona görə də bu gün meydana buraxdım.

 

- Belə düşüncə var ki, komanda çempion ola bilməyibsə, problem var. Ötən mövsümdən fərqli cari çempionatda hansısa dəyişikliklər etmisiniz?

- Biz çempion olmalı idik? Mən bu fikirlə razı deyiləm. Bu sualı iddialı klublara vermək olar. Bizi çempionluğa iddialı görürsünüzsə, çox sağ olun. Heyəti qorumaqda məqsədimiz budur ki, futbolçular daha çox oynamalıdırlar. Çempionatımız çox çətindir. Heyət geniş olmalıdır. 1-3 məğlubiyyətlə deyə bilmərsən ki, komanda hazır deyil. Bizim məqsədimiz fərqlidir. Avropaya, güclü komandalara oyunçular vermək istəyirik. Xəyal Nəcəfovun "Neftçi"yə gedişi bizə pul qazandırdı. Həmin pulla işlər görüldü. Çempion olmaq üçün nələr-nələr lazımdır. Bəzi liqalarda sürpriz çempion olur. Məsələn, "Lids" kimi. Amma növbəti mövsüm görürsən ki, bu, çempionluq komanda deyil.

 

- Rəhim Sadıxovun adı "Qarabağ"la halanır. Buna münasibətiniz necədir?
- Bizə rəsmi müraciət olmayb. Rəhimin bizimlə müqaviləsi var. O, bizim önəmli oyunçumuzdur.

Xəbər xətti