"Sumqayıt" "Keşlə"yə uduzdu

21:50 - 29 Avqust 2021

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” bu gün yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri “Keşlə” ilə qarşılaşıb. “ASK Arena”da baş tutan görüşdə qapılara 5 qol vurulub. Oyun “Keşlə”nin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

 

“Sumqayıt”ın qollarını Elvin Məmmədov və Xəzər Mahmudov vurub.

Xəbər xətti