“Sumqayıt”la “Səbail”in 15-ci görüşü

“Sumqayıt” Premyer Liqanın 3-cü turunda “Səbail”lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu komandalar indiyə qədər ümumilikdə 14 dəfə üz-üzə gəlib.

 

İlk qarşılaşmada rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən “Sumqayıt” bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub. 14 görüşdə qeydə alınan ümumi top fərqi 15:12 “Sumqayıt”ın xeyrinədir.

 

“Sumqayıt”ın “Səbail”lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçusu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla hücumçu Əli Qurbani və Murad Xaçayev izləyir.

Tarix: 10 Sentyabr [10:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio