Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sumqayıt" səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər kəsi salamlayıram, məğlub olmağa gəlməmişdik. "Qarabağ" belə səhvləri bağışlamır. Müdafiəçilərimiz səhvlər etdi. İkinci hissədən razı qaldım. Epizodlarımız oldu, amma sonluq çatmadı. Qol vursaydıq, fərqli də ola bilərdi. Potesnialımız var, daha yaxşı olacağıq.
- Komandanızda oyunun sonlarında yorğunuq hiss olunurdu. Bunun səbəbi nədi?
- İstək var, nə qədər istəməsən də, sonlara yaxın bədəndə gümrahlıq itir və adi anda səhv edə bilərsən. Bu gün "Qarabağ"a qarşı oynadıq, unutmayaq. Futbolçulara dedim ki, bu oyunu unudun və növbəti oyuna köklənək.
- Yeni hücumçu transfer etdiz. Hücum xəttində rəqabət komandaya necə təsir edəcək?
- Əli Qurbani ötən mövsüm zədələndə əziyyət çəkirdi. Yeni hücumçu təzə gəlib. Hücum xəttində rəqabət olacaq. Vaxt azdır. Oyunlarda rotasiyalar edəcəyik. Seçim edirik.
saytlarin hazirlanmasi