“Sumqayıt”ın və Azərbaycan milli komandasının futbolçusu Elvin Bədəlov əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” matçının (0:0) 20-ci dəqiqəsində zədələnərək əvəzlənən müdafiəçi Almaniyada uğurlu əməliyyat keçirib.
Bədəlov 6 ay yaşıl meydanlardan kənarda qalacaq.
saytlarin hazirlanmasi