"Sumqayıt" - "Səbail" matçında 6 qol

16:19 - 13 Noyabr 2021

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" "Səbail"lə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Yoxlama oyunu

"Sumqayıt" - "Səbail" 3:3

Qollar: Rəhim Sadıxov, 20; Yusif Nəbiyev, 36; 55 - Cavid Tağıyev, 36; Rauf Əliyev, 59 (p.); Vidadi Cəfərov, 87

Xəbər xətti