"Sumqayıt" Araz Abdullayevi transfer etdi

“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb. Təcrübəli oyunçu komandada "78" nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19, U-21 və “A” milli komandamızın şərəfini qoruyub.

Tarix: 15 Yanvar [10:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio