Sumqayıt stadionunda işlərin dayandırılmasına AFFA-dan münsaibət

13:54 - 2 Fevral 2022

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinin dayandırılmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, bu barədə o, qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında deyib:

"Orda sifarişçi AFFA deyil. Ancaq "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyevlə də müzakirələrimiz olub. Fikrimcə, bu barədə sifarişçi daha ətraflı məlumat verə bilər".

Sumqayıt şəhər stadionunda işləri SUmqayıt Şəhər İcra Hakimiyyəti görür.

Xəbər xətti