Aleksey Baqa: "Lazımsız səhvlərə görə uduzduq"

21:40 - 2 Fevral 2022

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, Baqa, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

- Lazımsız səhvlərə görə uduzduq. Sadə epizodlarda səhv edir, topu itirirdik. Daha çox şey danışmaq istəmirəm.

 

- Başqa nələrdən narazı qaldız?
- Ötürmələrdə səhvlərə yol verirdik. Bundan başqa komanda hücumda dişsiz idi. Əli Qurbani hücumda tək idi. Ona lazımi ötürmələr gəlmirdi. (Komanda.az)

Xəbər xətti