"Sumqayıt" Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb:
"Yaxşı oyun oldu. Qol epizodlarından yararlanmaqla bağlı problemimiz var. Bu da yalnız 1 xal qazanmağımıza səbəb oldu”.
Baqa hakimlərə tez-tez etiraz etməsi barədə bunları deyib:
“Mənim vəzifəm komanda ilə işləməkdi. Hakimlərə başqa qurumlar qiymət verir. Əli Qurbaninin epizodunda 100 faiz əminəm ki, qayda pozuntusu var idi”.