Azarkeşlər "Sumqayıt"ı boykot etdi: "Tribunadan uzaqlaşırıq"

16:22 - 16 Fevral 2022

"Sumqayıt" klubunun azarkeş qrupuolan "Kimyaçılar" boykot qərarı verib.

Sportal.az xəbər verir ki, bu barədə fan klubun instaqram hesabında paylaşım edilib. Azarkeşlər komandanın qeyri-stabil çıxışına görə tribunadan uzaqlaşmaq qərarı verdiklərini bildiriblər:

"Diqqət! Biz "Kimyaçılar" olaraq, neçə ildi heç bir məsafə, əngəl, hava şəraiti bilmədən "Sumqayıt"ın yanında olmuşuq. Həmişə dəstək vermişik. Lakin klubun qeyri-sabit çıxışı və səhv qərarlara görə bir müddət tribunadan uzaqlaşırıq. Ola bilsin, 1 ay, ola bilsin, 1 mövsüm. İnanırıq ki, etdiyiniz səhvlərdən lazımi nəticə çıxaracaqsız".

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 15 turdan sonra 13 xalla 7-ci sıradadır.

Xəbər xətti