Premyer Liqada 150-ci məğlubiyyət

14:50 - 7 Mart 2022

“Sumqayıt” Premyer Liqada 150-ci məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, bu, XVIII turun “Zirə” ilə matçına təsadüf edib. 0:1 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi 317-ci görüşündə “150”yə çatıb.

 

Sumqayıtın eyniadlı təmsilçisi məğlubiyyətlərin 64-nü evdə, 86-nı səfərdə alıb. Ölkə çempionatları tarixində bunadək 8 klub 150 və daha çox matçda uduzub. “Sumqayıt” buna çatan 9-cu komandadır. Antirekord isə fəaliyyətini dayandıran “Turan”a məxsusdur. Tovuzlular 222 dəfə yenilib.

Xəbər xətti