"Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, "kimyaçılar" bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, hücumçu Əli Qurbani komandasına kömək edə bilməyəcək. 18-ci turun "Zirə" ilə matçında (0:1) mövsüm ərzində 4-cü sarı vərəqə alan 31 yaşlı forvard cəzalı durumu düşüb.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması sabah saat 18:15-də "Bakcell Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi