"Sumqayıt" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda "Sabah"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "kimyaçılar" bu görüşə ciddi itki ilə çıxacaq. Gənclik şəhəri təmsilçisinin kapitanı Vüqar Mustafayev cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 20-ci turun "Keşlə" ilə matçında (1:1) sarı vərəqə alan 27 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" görüşü sabah saat 18:15-də "Kapital Bank Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi