"Sumqayıt" Ukranyadan futbolçu transfer etdi

14:12 - 2 Aprel 2022

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar"  Andrey Popoviçi heyətinə qatıb.

 

Son olaraq, Ukraynanın "LNZ" (Çerkası) klubunda çıxış etmiş, 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "Sumqayıt"ın şərəfini qorumuş qapıçı ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Popoviç "Sumqayıt"ın heyətində "23" nömrəli formada çıxış edəcək.

Xəbər xətti