"Sumqayıt" Serbiya millisinin üzvünü transfer etdi - RƏSMİ

19:18 - 16 İyul 2022

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" Serbiya U-21 millisinin üzvü Damian Daniçiçi “Dinamo” Zaqreb klubundan transfer edib. 22 yaşlı cinah müdafiəçisi mövqeyində çıxış edən Damianla 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Srvena Zvezda" klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib.

Xəbər xətti