"Sumqayıt" İran çempionu ilə qarşılaşacaq

15:02 - 27 İyul 2022

2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" qardaş ölkədə sonuncu yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri son İran çempionu "İstiqlal"la üz-üzə gələcək. 28 iyul tarixində Qızılcahamam bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, "Sumqayıt" Türkiyə toplanışı çərçivəsində "Smasunspor"a 0:2 hesabı ilə məğlub olub, "Bandırmaspor"la isə 2:2 hesablı heç-heçə edib.

Xəbər xətti