"Sportinq"in yetirməsi "Sumqayıt"da

13:13 - 29 İyul 2022

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Portuqaliyanın "Sportinq" (Lissabon) komandasının yetirməsi, son mövsümü "Nasional"da keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.
 

Qeyd edək ki, Filipe Çabi karyerası boyunca yetirməsi olduğu "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.

Xəbər xətti