"Sabah" azarkeş rekorduna imza atdı

15:13 - 22 Avqust 2022

Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, “Sabah”ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir. Əvvəlki rekord 2018/19-cu il mövsümündə baş tutmuş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).

 

“Sabah” – “Neftçi” görüşündə Misli Premyer Liqasının cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda baş tutmuş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.

 

Qeyd edək ki, “Sabah” – “Neftçi” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər xətti