“Sumqayıt”ın Misli Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb.
Sportal.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri V turda “Neftçi”nin qapısına yol tapa bilməyib – 0:3.
“Gənclik şəhəri” mövsümün qol vurmayan yeganə komandasıdır. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfə bir komanda startdakı 5 qarşılaşmada qol vurmayıb.
Belə uğursuzluqla üzləşən sonuncu komanda AZAL olub. Bakı klubu 2015/16 mövsümündə belə duruma düşüb. Lakin 2 xalı olan sumqayıtlılardan fərqli olaraq “təyyarəçilər” 5 oyunun hamısında uduzub.
Qeyd edək ki, “Sabah”a 0:3, “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” “Zirə” və “Turan Tovuz”la qolsuz sülhə imza atıb.
saytlarin hazirlanmasi