"Sumqayıt" "Yuventus"la eyni turnirdə iştirak etdi

15:23 - 5 Sentyabr 2022

“Sumqayıt”ın 2010-cu il təvəllüdlü futbolçuları Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə iştirak edib.

 

Sportal.az xəbər verir ki, 2-4 sentyabr tarixlərində Batumidə baş tutan turnirdə Gürcüstanın “Dinamo”, “Poti”, “Merani”, “Vikinqsa", “Samtredia”, “Qori”, “Celero”, “Torpedo”, İtaliyanın “Yuventus”, Qazaxıstanın “Kayrat”, “Sdushor” və digər klublar da çıxış edib.

 

"Sumqayıt" turnirin "A" qrupunda "Dinamo", "Merani" "Poti" və "İnter" (Gürcüstan Akademiyası) ilə mübarizə aparıb. 12 yaşlılar bu mərhələdə "Merani" və "İnter" üzərində qələbə qazanıb (2:0; 3:1), "Poti" ilə heç-heçə edib (1:1) və "Dinamo"ya məğlub olub (0:2).

 

"Kimyaçılar" ümumilikdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib. Qrup 2-cisi kimi turnirin 1/4 finalına vəsiqə qazanan komanda bu mərhələdə “B” qrupunun lideri olan Qazaxıstanın "Kayrat" kollektivinə 1:2 hesabı ilə məğlub olub.

 

Turnirin qalibi isə finalda “Kayrat” üzərində qələbə qazanan (2:0) İtaliyanın “Yuventus” klubu olub.

Xəbər xətti