"Sumqayıt"ın stadionunda ot örtüyü dəyişdirilir

18:29 - 21 Noyabr 2022

“Sumqayıt"ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da köməkçi meydançanın süni ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

 

Sportal.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, istismar müddətini başa vurmuş örtük yenisi ilə əvəz olunacaq. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər xətti