“Sumqayıt” son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Terrens Tisdel kariyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb. 2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qol vurmağa da müvəffəq olub.