“Sumqayıt” klubu dövrələrarası fasilədə Diego Kariokadan sonra növbəti futbolçunun keçidini reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son olaraq Latviyanın “Valmiera” klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Valmiera” ilə ötən mövsüm Latviya çempionu olan Masaki Murata 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Avropa Konfrans Liqasında keçirdiyi 2 oyunda da bir dəfə fərqlənməyi bacarıb.
saytlarin hazirlanmasi