“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Antalya toplanışında “Krılya Sovetov”la baş tutan son yoxlama oyunu haqqında klubun mətbuat xidmətinə fikirlərini bildirib:
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandasının yaxşı təsir bağışladığını deyib:
“Türkiyə təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama oyunumuzu keçirdik. Düşünürəm ki, oyun pis alınmadı, futbolçularım özlərini yaxşı tərəfdən göstərə bildir. Rəqibimiz Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” klubu idi. Güclü rəqibə qarşı komanda pis təsir bağışlamadı. Rəqib istər-istəməz oyunçularımızı meydanda qaçırtdı ki, bu da bizim üçün olduqca əlverişli idi. Oyundan sonrakı analizdə isə taktiki gedişlər və səhvlərimizi incələyərək futbolçularla müzakirə edəcəyik. İlk yarıda daha dinamik təsir bağışlayan komandamın oyunu məni qane etdi. İkinci hissədə bəlkə rəqibin daha çox qaçmağı, bizim yorğun olmağımız və akademiyanın oyunçularını meydana buraxmağımız öz oyunumuzdan çıxmağımıza gətirib çıxardı. Amma ümumilikdə oyuna qiymət versək, düşünürəm ki ilk yoxlama oyunundan daha yaxşı təsir bağışladıq”.
Samir Abasov həmçinin ümumi Antalya toplanışını da dəyərləndirdi:
“Antalya toplanışını ümumi dəyərləndirsək, bunun bəhrəsini fasilədən sonra görəcəyik. Ümumi olaraq, toplanışdan razı qaldığımı düşünürəm. Heyətə bir neçə yeni futbolçu dəvət etmişik, lakin transferlərimiz hələ bitməyib. Daha iki mövqeyə axtarışlarımız davam edir. Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir. Futbolçuların məşqlərə yanaşması, hazırlıq mərhələsində etdikləri bizi qane etdi. Hazırlığımız və təlim-məşq toplanışı ərzində müsbətə doğru etdiklərimiz Premyer Liqa oyunlarına necə təsir edəcəyini zaman göstərəcək. Yeni gələnlər və bəzi futbolçularımız tam hazır olduqdan sonra bizim üçün daha yaxşı olacaq".
saytlarin hazirlanmasi