"Sumqayıt" Zirədə ciddi itki ilə üzləşdi

17:59 - 25 Yanvar 2023

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Zirə"nin qonağıdır.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu qarşılaşmada ciddi itki ilə üzləşib. Gənclik şəhəri təmsilçisinin kapitanı Vurğun Hüseynov 34-cü dəqiqədə zədələnib. 35 yaşlı müdafiəçi oyunu davam etdirə bilməyib və onun əvəzinə Rüfət Abdullazadə meydana daxil olub.

 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" görüşündə hazırda ikinci hissə oynanılır və hesab 1:1-dir.

Xəbər xətti