"Sumqayıt" Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov açıqlama verib:
- Buradan məğlubiyyətlə getməyimizə üzülürük. Oyunun qırılma nöqtəsi buraxdığımız ikinci qol idi. İlk qoldan sonra futbolçularda ümid var idi. Paltardəyişmə otağından çıxanda özümüzü yaxşı motivasiya etmişdik. Qol vurduq, amma gec vurduq. Bir mövqedən iki oyunçu itirmək çətindir. "Zirə" ilə matçda da başımıza gəlmişdi. Bu, bilavasitə oyuna təsir edir. Təəssüf ki, ikinci qol komandanı sındırdı. Bir az ağır oyun keçdi. Qəbələdə oynamaq o qədər də asan deyil. İlk dəqiqələrdən çətinlik hiss edirsən. Futbolçular yüksəklikdə oynamağın çətinliyini hiss etdilər. Buna baxmayaraq birinci hissədə oyun bizim nəzarətimiz altında idi. İki topumuz dirəkdən qayıtdı. Rəqibin isə cəmi bir zərbəsi var idi, o da qolla nəticələndi. Həmin qolda da şübhələr var. Baxıb sonra deyəcəyik. Məyus oluruq. Buradan xalla dönə bilərdik. Amma bu, futboldur. Əl-qolumuzu sallamağa vaxtımız yoxdur. Bir məğlubiyyət bizi lap aşağılara ata bilər. Növbəti tur evdə "Kəpəz"lə oyunumuz var. Bundan da çətin olacaq, bundan da çox güc sərf etməliyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi