"Qarabağ" əla komanda olsa da, bizim öz məqsədimiz var"

11:31 - 15 Mart 2023

"Sumqayıt"ın braziliyalı vingeri Dieqo Karioka Misli Premyer Liqasının 27-ci turunda bu gün “Qarabağ”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, "Esportes Mais"ə danışan braziliyalı Ağdam klubu ilə oyunda uğurlu nəticə istədiklərini bildirib:

"Oyuna hazırlıq davam edir. Həmişə olduğu kimi, rəqibdən asılı olmayaraq, ciddi və konsentrasiya ilə hazırlaşırıq. Amma təbii ki, çempionatın liderinə qarşı oynamaq xüsusidir. Biz öz futbolumuzu nümayiş etdirmək istəyirik. “Qarabağ” əla komanda olsa da, bizim öz məqsədimiz var. O da müsbət nəticə əldə etməkdir”.

Karioka Azərbaycana gələndən bəri müntəzəm olaraq “Sumqayıt”ın əsas heyətində yer almasına da şərh verib:

“Kiçik zədəm olsa da, uğurla qayıtmağı bacardım və qayıtdıqdan sonra ardıcıl üçüncü matça çıxacam. Artıq özümü daha yaxşı hiss edirəm, daha yaxşı ritmdə olmaq üçün məşq edirəm. Ümid edirəm ki, mövsümün bu son hissəsində komandama kömək olmaq üçün inkişaf etməyə davam edəcəm".

Mirbağırağa

Xəbər xətti