Premyer Liqada legioner kimi oynayan forvard: "Yaxın vaxtlarda Azərbaycan pasportu almalıyam"

11:51 - 1 Aprel 2023

"Turnir cədvəli baxımından çox vacib matç idi. Hər iki tərəf üçün prinsipial görüş oldu. Komanda yoldaşlarıma afərin, sona qədər hamı mübarizə apardılar ki, Tovuzda üç xalı qazanaq. Əla atmosfer yaranmışdı. "Turan Tovuz" azarkeşlərinə "respect" düşür. Ağır oyun olmasına baxmayaraq, azarkeşlər komandaya sona qədər dəstək oldu, inandı. Amma şans biz tərəfdəydi və qalib gəldik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın hücumçusu Kamran Əliyev deyib.

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Turan Tovuz"a (2:3) qarşı keçirilmiş matçda dubl edən forvard öz performansını da dəyərləndirib: "Bu cür startı özümdən gözləyirdim. Hər zaman meydana çıxıram ki, komandama kömək edim, qollar vurum, assist edim. "Turan Tovuz"la görüşdə bunu etdim. Qarşıdakı matçlarda da davamını gətirməyə çalışacam. Adaptasiyam çox tez keçdi. Rusiyada iki aya yaxın fasilə yaranır. Mən də toplanış keçməmişdim. Cəmi bir həftə məşq etdim və çempionat başladı. Demək olar ki, formamı yığmışam və indi özümü 90 faiz hazır hesab edirəm".

- Premyer Liqada yerli statusu ilə oynamağına nə mane olur?

Heç nə mane olmur. Heç bir problem də yoxdur. Yaxın vaxtlarda Azərbaycan pasportu almalıyam. 

- Autsayder komandada oynayaırsan və Premyer Liqa qalmaq uğrunda mübarizə aparırsınız...

Özümüzü autsayder hesab etmirəm. Sadəcə belə alınıb. Çünki yeni oyunçularımız çoxdur, qışda mən də daxil olmaqla, bir neçə futbolçu "Sumqayıt"la anlaşıb. Zamanla baş məşqçimizin tələblərinə uyğunlaşmağa başlamışıq. Həm də bir-birimizi anlayırıq. Oyundan-oyuna daha yaxşı olacağıq.

- 24 yaşında Azərbaycana gəlməyin karyeran üçün tramplindir?

- Tramplin hesab etmək olar. Bunu həm də yeni çağırış adlandırardım. Çünki Rusiyada işlərim planlaşdırdığım kimi getmədi. Vətəndən təklif gələndə isə razılıq verdim. 

Mirbağırağa

Xəbər xətti