Misli Premyer Liqasının XXXII turunda “Kəpəz”in qonağı olan “Sumqayıt” 1:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, bu qələbə “Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov üçün ikiqat yubileylə əlamətdar olub.
45 yaşlı mütəxəssis Premyer Liqada 75-ci uğura sevinib. Abasov buna 190-cı matçında nail olub. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox matçda qələbə sevinci yaşayan 14-cü baş məşqçidir.
Abasovun rəhbərliyi altında 122-ci qarşılaşmaya çıxan “Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionat, 4-ü kuboka təsadüf edib.
saytlarin hazirlanmasi