"Sumqayıt"ın müdafiəçisi Süleyman Əhmədov Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" son matçda evdə "Səbail"ə məğlub oldu. Səncə fasilədən sonra nə baş verdi ki, uduzdunuz?
- İlk yarını hesabda öndə tamamlamışdıq. İkinci hissəyə də yaxşı başladıq. Ancaq sanki sonradan komandamızda rahatlıq yarandı. Rəqib də bundan istifadə edərək qollarını vurdu. Belədə, heç nədən oyunu əldən verdik.
- Hazırda 28 xalla 8-ci pillədə qərarlaşmısız. Premyer Liqadan birinci diviziona düşmək təhlükəsini hiss edirsiz?
- Premyer Liqada qalmaq üçün hər şey edəcəyik. Təhlükəli zonada olduğumuzu dərk edirik. Bu gərginliyi aradan qaldıraraq Premyer Liqada qalmağı bacaracağımıza inanıram.
- Növbəti turdakı rəqibiniz "Sabah"dır. Bu mövsüm onlar Sumqayıtda sizi 6:0 hesabı ilə məğlub etmişdilər. Bu mənada, "Sabah"dan çəkinirsiz?
- "Sabah" çox güclü komandadır. Yaxşı, keyfiyyətli oyunçulardan qurulmuş kollektivə qarşı oynayacağıq. Oyun zamanı onlardan daha istəkli, daha diqqətli olmalıyıq. Rəqibə boşluqlar vermədən yaxşı nəticə əldə etmək mümkündür. Allah qoysa, istədiyimiz nəticəni qazanarıq.
- "Sabah" çempionluq uğrunda mübarizə aparır. Belədə, qələbə qazanmaq şansınızı necə dəyərləndirirsən?
- "Sabah"a çempionluq yolunda qələbə nə qədər vacibdirsə, bizə də Premyer Liqada qalmaq üçün xal lazımdır. Ciddi hazırlaşıb, yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq.
- Yeni mövsüm "Sumqayıt"da qalacaqsan, yoxsa komandanı dəyişə bilməyin üçün təkliflərin var?
- Çempionatın bitməsinə üç tur qalıb. Bəzi təkliflər var, amma hazırda fikrimi sırf öz komandama yönəltmişəm. Əlimdən gələni edəcəm. Çempionat başa çatdıqdan sonra fikirləşərək qərar vermək olar.
- U-21 yığmamızda oynamısan. Bundan sonrakı hədəf yəqin ki, A millinin formasını geyinməkdir. Heç bu mövsüm A millidən dəvət gözləyirdin?
- Hər bir futbolçu kimi mənim də arzum A millidə dəvət edilmək, oynamaqdır. Məncə, A milliyə dəvət edilmək üçün stabil, yaxşı, yaddaqalan oyunların sayı çox olmalıdır. Buna nail olduqdan sonra A millidən dəvət gözləmək mümkündür.
Mirbağırağa
saytlarin hazirlanmasi