"Sumqayıt" üç futbolçu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Terrens Tisdell, Karim Abubakar və Dieqo Karioka ilə "kimyaçılar" arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onlarla yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, "Sumqayıt" Dieqo Kariokanı yanvar ayında Ukraynanın "Volos" klubundan icarəyə götürmüşdü. Karim Abubakarla Terrens Tisdell isə azad agent statusu ilə Azərbaycan klubuna qoşulmuşdu.
saytlarin hazirlanmasi