"Sumqayıt" millimizin üzvü ilə müqavilə imzaladı

12:33 - 9 İyun 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Elvin Bədəlovla müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ildən "Sumqayıt"ın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 84 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və "A" millilərinin uğurları üçün çalışıb.

Xəbər xətti