"Sumqayıt"dan ayrılan Vurğun Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi sabiq komandasına təşəkkür edub:
"10 il birlikdə olduğum "Sumqayıt" ailəsindən bugün ayrılıram. Ötən 10 ildə çətin günlərimiz də olub, xoş günlərimiz də. Burada keçirdiyim hər günün yaddaşımda gözəl xatirə kimi qalacağına əminəm. Bu gözəl illər üçün komanda yoldaşlarım, klub rəhbərliyi, inzibati heyət, bütün ofis əməkdaşları və ən əsası azarkeşlərə "çox sağ olun" deyirəm. Ümidvaram ki, nə vaxtsa yollarımız bir daha kəsişər!"
Qeyd edək ki, Vurğun Hüseynov "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi